Azərbaycan və Rusiyanın 16 yaşadək şahmatçıları arasında yoldaşlıq görüşü keçirilib
Xüsusi karantin günlərində şahmat üzrə onlayn yarışlar davam edir.

İyunun 22-də Azərbaycan şahmatçıları ilə Rusiya zəka ustaları arasında yoldaşlıq görüşü keçirilib. Yarışda 16 yaşadək şahmatçılar iştirak ediblər. “lichess.org” platforması vasitəsilə keçirilmiş turnirdə hər gedişə nəzarət vaxtı 3 dəqiqə + 1 saniyə olub.

Yekun nəticədə, Rusiya komandası Azərbaycan yığmasından 131:96 hesabla üstün olub.

Xəbər 576 dəfə oxundu.