Beynəlxalq Avtomobil Federasiyası “Üç qitə” tələbini aradan qaldıra bilər
Beynəlxalq Avtomobil Federasiyası (FIA) öz bayrağı altında keçirilən yürüş seriyalarının dünya çempionatı statusu alması üçün yarışların minimum üç qitədə keçirilməsi tələbini aradan qaldıra bilər.

FIA, həmçinin dünya çempionatı statusu üçün tələb olunan minimal yarış sayını da müəyyənləşdirib. Lakin dünyada koronavirus pandemiyasının hökm sürməsi ilə bağlı tələblərə düzəliş edilə bilər. Çünki bir çox yarışlar pandemiyaya görə ləğv olunur və ya təxirə salınır. FIA yürüş seriyalarının dünya çempionatı statusunu saxlamağa çalışır.

Xəbər 538 dəfə oxundu.