“Ludoqorets” ardıcıl 9-cu dəfə Bolqarıstan çempionu olub
Bolqarıstanda 2019/2020-ci il futbol mövsümünün qalibi müəyyənləşib.

Bolqarıstan çempionatının 27-ci turunda “Beroe”ni 2:1 hesabı ilə məğlub edən “Ludoqorets” çempionluğunu rəsmiləşdirib.

Komanda sona 4 tur qalmış ən yaxın izləyicisi Sofiya ÇSKA-sından 14 xal öndədir.

Razqrad təmsilçisi ardıcıl 9-cu dəfə ölkə çempionu olub.

Xəbər 556 dəfə oxundu.