MLS-də üç futbolçunun koronavirus testinin nəticəsi müsbət çıxıb
ABŞ-ın futbol üzrə yüksək liqasında (MLS) mübarizə aparan klubların kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.

Testlərdən üçünün nəticəsi müsbət çıxıb. Belə ki, “Atlanta United”də iki, “İnter Miami”də isə bir futbolçunun analizi müsbət nəticə verib. Bu barədə sözügedən klubların rəsmi saytı məlumat yayıb.

Koronavirus aşkarlanan futbolçuların hər biri karantinə alınıb. Onlarda pandemiyanın hansısa simptomlarına rast gəlinmədiyi bildirilir.


Xəbər 557 dəfə oxundu.