Serbiya klubunda beş futbolçu koronavirusa yoluxub
Serbiyanın “Srvena Zvezda” klubunun 5 futbolçusunda koronavirus aşkarlanıb.

Marko Qobelits, Neqos Petroviç, Dusan Yovançiç, Marko Konatar və Branko Yoviç virusa yoluxublar. Oyunçular özlərini yaxşı hiss edirlər.

Qeyd edək ki, “Srvena Zvezda” XXVII turda çempionluğunu rəsmiləşdirib. Otuz bir dəfə çempionluğu bayram edən Serbiya təmsilçisi ardıcıl üçüncü ildir birinci olur.


Xəbər 523 dəfə oxundu.