Rusiya klubunda üç futbolçuda koronavirus aşkarlanıb
Rusiyanın “Dinamo” (Moskva) klubunun üç futbolçusunda koronavirus aşkarlanıb.

Şarl Kabore, Sebastyan Şimanski və Klinton Njinin koronavirusa yoluxduğu bildirilib. Futbolçular komandadan ayrılaraq, karantinə alınıblar.

Rusiya Premyer Liqasının rəhbərliyi iyunun 21-də keçirilməli olan “Krasnodar”-“Dinamo” matçını təxirə salıb. Görüş iyulun 19-da keçiriləcək.

Xəbər 552 dəfə oxundu.