Konor Makqreqorun karyerasını davam etdirmək fikrində olmadığını açıqlayıb
UFC-nin prezidenti Dana Uayt qurumun iki çəki dərəcəsində keçmiş çempionu irlandiyalı Konor Makqreqorun karyerasını davam etdirmək fikrində olmadığını açıqlayıb.

Bu barədə qurumun rəhbəri onlayn konfransda bildirib. Bundan əvvəl isə UFC prezidenti irlandiyalı idmançının rusiyalı Həbib Nurməhəmmədov və amerikalı Castin Getji qarşılaşmasının qalibi ilə döyüşə biləcəyini açıqlamışdı.

K.Makqreqor bu yaxınlarda şəxsi “Twitter” səhifəsində karyerasını bitirdiyini elan etmişdi.

Qeyd edək ki, 2018-ci ildə Las-Veqasda UFC 229 şousu çərçivəsində K.Makqreqor ilə H.Nurməhəmmədov arasında döyüş keçirilib. “T-Mobile” arenasında təşkil olunan döyüş H.Nurməhəmmədovun qələbəsi ilə başa çatıb. K.Makqreqor UFC-nin ən məşhur döyüşçülərindən biridir. Karyerası ərzində keçirdiyi 26 döyüşdən 22-də qələbə (19 vaxtdan əvvəl) qazanıb, 4 dəfə məğlub olub.

Xəbər 534 dəfə oxundu.