Şahmat üzrə Qran-Pri mərhələsinin daha iki finalçısının adı müəyyənləşib
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda keçirilən “Womens Speed Chess Championship” turnirinin dördüncü seçmə mərhələsində daha iki finalçının adına aydınlıq gəlib.

Qazaxıstan şahmatçısı Bibisara Asaybayeva və rusiyalı zəka ustası Olqa Girya 4-cü seçmə yarışda uğurla çıxış edərək Qran-Pri mərhələsinin finalına vəsiqə qazanıblar.

Qeyd edək ki, Azərbaycan şahmatçısı Günay Məmmədzadə pley-off mərhələsində 21 oyundan 14 xal toplayaraq finala yüksəlib.

İyunun 24-də keçiriləcək finalda 21 şahmatçı mübarizə aparacaq. Belə ki, altı seçmə turnirin nəticəsində müəyyənləşəcək ən güclü 12 şahmatçı ilə yanaşı, reytinqi yüksək olan daha 9 zəka ustası finalda çıxış edəcək.

Xəbər 544 dəfə oxundu.