“Keşlə” kapitanı ilə yeni müqavilə imzalamayıb
Bakının “Keşlə” futbol klubu kapitanı Slavik Alxasov ilə yeni müqavilə imzalamayıb.

Müdafiəçinin müqaviləsi qarşılıqlı razılaşma əsasında yenilənməyib.

Qeyd edək ki, 29 yaşlı futbolçu 2016-cı ildən “Keşlə”də çıxış edib. Paytaxt təmsilçisi Cabir Əmirli və Ruslan Qurbanovla da yollarını ayırıb.

AZƏRTAC

Xəbər 531 dəfə oxundu.