MBA-nın bəzi üzvləri mövsümün bərpasından əvvəl klublarını dəyişə bilərlər
İyulun 30-da bərpa ediləcək MBA mövsümünün startına hazırlıq gedir. Artıq liqa rəhbərliyi müəyyən qaydalar tərtib edərək problemləri yoluna qoymağa çalışır.

MBA-da mövsümün bərpasından sonra bəzi oyunçular sərbəst şəkildə komandasını dəyişə bilər. Hazırda “transfer pəncərəsi” açıq olmadığına görə komandaların basketbolçular ilə müqavilə imzalamaq hüququ yoxdur. Amma bəzi basketbolçulara görə müəyyən istisnalar edilib. Belə ki, bu mövsümün gedişində istər MBA, istərsə də G liqasında meydana çıxmayan oyunçular sərbəst şəkildə klubunu dəyişmək hüququna malikdir. Bu, həmçinin ABŞ-dan kənarda oynayan basketbolçulara da aiddir.

ABŞ-ın nüfuzlu “Nyu-York Tayms” nəşrinin məlumatına görə liqada yetərincə ad çıxaran Camal Krouford, Cey Ar Smit, Nik Yanq və DeMarkus Kazins kimi basketbolçular bu hüquqdan istifadə edə biləcəklər. Amma vaxtı ilə “Detroyt”, “Boston”, “Filadelfiya”, “Miluoki” və “Toronto” kimi komandalarda çıxış edən Qreq Monro belə bir imkan əldə edə bilməyəcək. Belə ki, o bu mövsüm Avroliqada “Bavariya”nın heyətində meydana çıxıb.

Xəbər 543 dəfə oxundu.