Binəqədidə gənclər arasında futbol birinciliyi keçirilib
Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə iyunun 19-da “26 İyun - “Silahlı Qüvvələr günü”nə həsr olunmuş futbol birinciliyi keçirilib.

Yarışın nəticəsinə əsasən, “Yasamal FC” komandası birinci, “Xutor FC” ikinci, “Papanin FC” üçüncü yeri tutub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq “COVID-19” virusunun qarşısının alınması məqsədi ilə sosial məsafə qorunub. İştirakçılar stadiona hərarətləri yoxlanılaraq daxil olublar.

Xəbər 689 dəfə oxundu.