Teymur Rəcəbov “Chessable Masters” turnirinə qələbəsiz başlayıb
Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Chessable Masters” turnirinə qələbəsiz başlayıb.

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən seriya turnirinin üçüncü mərhələsinin B qrupunun birinci dövrəsinin oyunlarında şahmatçımız 3 heç-heçə, 2 məğlubiyyətlə son pillədə qərarlaşıb.

İlk 5 turun oyunlarına görə, fransalı Maksim Vaşe-Laqrav və hollandiyalı Aniş Giri 3 xalla irəlidədirlər. Amerikalı Fabiano Karuana, rusiyalı şahmatçı Yan Nepomnyaşi və çinli Liren Dinq hərəyə 2,5 xal toplayıblar. Teymur Rəcəbov isə 1,5 xala malikdir.

B qrupunun ikinci dövrəsinin oyunları iyunun 23-də baş tutacaq.

Xəbər 657 dəfə oxundu.