Şahmat üzrə “Online Chess Masters” turnirində ilk dövrənin oyunları keçirilib
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə seriya turnirinin üçüncü mərhələsi olan “Online Chess Masters” rapid turniri start götürüb.

Onlayn formatda keçirilən turnirdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov da mübarizə aparır.

İyunun 20-də turnirin A qrupunun ilk dövrəsinin oyunları keçirilib. Yekun nəticəyə görə, ilk dövrənin oyunlarında rusiyalı Vladislav Artemiyev 3,5 xalla hamıdan üstün olub. Rusiya təmsilçisi Daniel Dubov 3, M.Karlsen, amerikalı Hikaru Nakamura hərəyə 2,5, daha bir rusiyalı şahmatçı Aleksandr Qrişuk 2, hindistanlı Pentala Harikrişna 1,5 xal toplayıb.

Xəbər 532 dəfə oxundu.