“Neftçi” klubu yeni mövsüm üçün birinci transferini rəsmiləşdirib
Paytaxtın "Neftçi" futbol klubu 2020-2021-ci il mövsümü üçün birinci transferini rəsmiləşdirib.

Cabir Əmirli ilə 2 illik müqavilə bağlanıb. 23 yaşlı müdafiəçi “Neftçi”nin heyətində 2 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, bunadək "Keşlə"də keçirdiyi 4 mövsüm ərzində meydana çıxdığı 54 oyunda 1 qola imza atmış C.Əmirli Azərbaycan U-21 milli komandasında da çıxış edib.

Xəbər 506 dəfə oxundu.