“Mançester Yunayted” klubu “Liverpul”un rekordunu yeniləyib
İngiltərənin “Mançester Yunayted” futbol klubu yeni rekord müəyyənləşdirib.

Ole-Qunnar Sulşerin yetirmələri tarixində birinci dəfə “Tottenhem” komandasının stadionunda qol sevinci yaşayıblar.

Bununla da Mançester təmsilçisinin Premyer Liqada qol vurduğu stadionların sayı 59-a çatıb.

Beləliklə, “Mançester Yunayted” Premyer Liqa tarixində oyunların keçirdildiyi bütün stadionlarda qol vurub. İndiyədək bu nəticəyə yalnız “Liverpul” klubu nail olub.

Qeyd edək ki, iyunun 19-da keçirilən “Tottenhem”-“Mançester Yunayted” görüşündə qalib müəyyənləşməyib – 1:1. Hazırda İngiltərə çempionatının turnir cədvəlində Mançester təmsilçisi 46 xalla beşinci, London klubu isə 42 xalla səkkizinci pillədə qərarlaşıb.

AZƏRTAC

Xəbər 529 dəfə oxundu.