“Liverpul” klubu “Everton”la görüşə ciddi itkilərlə çıxacaq
İngiltərənin “Liverpul” futbol klubu iyunun 21-də Premyer Liqa çərçivəsində “Everton”la görüşə ciddi itkilərlə çıxacaq.

Liverpul təmsilçisi bu matçda misirli hücumçu Məhəmməd Salah və şotlandiyalı müdafiəçi Endryu Robertsonun xidmətlərindən istifadə edə bilməyəcək. Bunun səbəbi hər iki futbolçunun fiziki problem yaşamasıdır.

Qeyd edək ki, Premyer Liqanın cari mövsümündə 28 yaşlı M.Salah “Liverpul”un heyətində keçirdiyi 26 oyunda 16 qol vurub və 6 məhsuldar ötürmə edib. A.Robertson isə 28 matçda 1 qolun və 7 məhsuldar ötürmənin müəllifi olub.

AZƏRTAC


Xəbər 524 dəfə oxundu.