Aleksandr Usik və Derek Çisora arasında boks görüşü oktyabrda keçiriləcək
Ukraynalı Aleksandr Usik və britaniyalı Derek Çisora arasında boks görüşünün oktyabrda keçirilməsi planlaşdırılır.

Bu barədə britaniyalı promouter Eddi Hirn məlumat verib. Ağır çəkili boksçuların qarşılaşmasının əvvəlcə mayın 23-də keçirilməsi planlaşdırılırdı.

Otuz üç yaşlı ukraynalı boksçu Dünya Boks Şurasının (WBC), Dünya Boks Təşkilatının (WBO), Dünya Boks Assosiasiyasının (WBA) və Beynəlxalq Boks Federasiyasının (IBF) dünya çempionu titullarına sahib olub. Karyerası ərzində 17 qələbə qazanıb. Otuz altı yaşlı britaniyalı döyüşçünün aktivində isə 32 qələbə 9 məğlubiyyət var.

Xəbər 563 dəfə oxundu.