Fransada futbol oyunlarında tamaşaçıların iştirakına icazə verilib
Fransa hökuməti iyulun 11-dən ölkədə futbol oyunlarını tamaşaçılar ilə keçirməyə icazə verib.

Stadionlara 5 minədək tamaşaçı buraxılacaq. Yeni mövsümün əvvəlinə yaxın bu say artırıla bilər.

Fransa çempionatı koronavirus pandemiyasına görə aprelin 28-də 28 turdan sonra dayandırılıb. Fransa çempionatının 2019-2020-ci il mövsümünün qalibi “Paris Sen-Jermen” klubu elan edilib.
Növbəti mövsümə avqustun 22-də start vermək planlaşdırılıb. Bu mövsüm Fransa liqa kuboku və Fransa Kubokunun keçirilməsi qüvvədə qalır.

Xəbər 542 dəfə oxundu.