Futzal üzrə dünya çempionatının pley-off mərhələsinin oyunlarının vaxtı açıqlanıb
UEFA futzal üzrə dünya çempionatının pley-off mərhələsinin oyunlarının vaxtını açıqlayıb.

Oyunlar noyabrın 2-dən 11-dək keçiriləcək. Dünya çempionatı isə 2021-ci il sentyabrın 12-dən oktyabrın 3-dək Litvada təşkil olunacaq.

Qitə qurumu, həmçinin 19 yaşadək futzalçılardan ibarət milli komandaların iştirakı ilə Avropa çempionatının final mərhələsinin vaxtını da açıqlayıb. Belə ki, oyunlar gələn il noyabrın 1-dən 7-dək keçiriləcək.

Xəbər 461 dəfə oxundu.