Gələn il keçiriləcək voleybol üzrə Avropa çempionatlarının loqoları təqdim olunub
Gələn il keçiriləcək qadın və kişi voleybolçular arasında Avropa çempionatlarının loqoları ictimaiyyətə təqdim olunub.

Avropa Voleybol Konfederasiyası loqolarda çempionata ev sahibliyi edəcək ölkələrin bayraqlarının rənginə yer verib.

Kişi voleybolçuların yarışı Polşa, Çexiya, Estoniya və Finlandiyada, qadınların turniri isə Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniyada təşkil olunacaq. Qadın voleybolçulardan ibarət Azərbaycan millisi çempionatın final mərhələsində mübarizə aparacaq.

Xəbər 532 dəfə oxundu.