Tom Koronel: Formula 1-i Alqarve trasında görmək çox xoş olacaq
Niderlandın “Ziggo Sport” televiziya kanalının ekspertləri Robert Dornbos və Tom Koronel Portuqaliyanın Alqarve avtodromunun cari mövsüm Formula 1 təqviminə daxil edilməsi barədə yayılan şayiələrə münasibət bildiriblər.

R.Dornbosun fikrincə, artıq məsələ həll olunub və sentyabrın 27-də Formula 1-in mərhələsi bu trasda keçiriləcək. Ötən həftə sonu “Portimao 24 Hour” marafonunda iştirak etmək üçün Portuqaliyaya gələn T.Koronel də həmkarı ilə razılaşdığını bildirib: “Avtodromda yalnız bu barədə söhbət gedir. Burada hətta iki yarışın olacağı söylənilir. Alqarve çox əla trasdır. Formula 1-i Alqarve trasında görmək çox xoş olacaq”.

Xəbər 521 dəfə oxundu.