FIDE Ümumdünya Şahmat Olimpiadasını onlayn formatda keçirməyi planlaşdırır
Beynəlxalq Şahmat Federasiyası (FIDE) Ümumdünya Şahmat Olimpiadasını onlayn formatda keçirməyi planlaşdırır.

Bu barədə qurumun baş direktoru Emil Sutovski məlumat verib. O qeyd edib ki, Ümumdünya Şahmat Olimpiadası 190 ölkənin iştirakı ilə bu il keçirilməli idi. Lakin pandemiya səbəbindən 2021-ci ilin yayına təxirə salınıb. FIDE Moskva və Xantı-Mansiyskdə təşkil ediləcək şahmat Olimpiadasının onlayn formatda təşkilini planlaşdırır.

Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadası ilk dəfə 1927-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda keçirilib. Yarış 1950-ci ildən başlayaraq hər iki ildən bir təşkil olunur. Azərbaycan 2016-cı il Olimpiadasına ev sahibliyi edib. Sonuncu – 43-cü Olimpiada Batumidə təşkil olunub.

Xəbər 509 dəfə oxundu.