Azərbaycan güləşçisi Mariya Stadnik virtual yarışın qalibi olub
Güləş üzrə Azərbaycan yığma komandasının üzvü Mariya Stadnik Dünya Güləş Birliyinin (UWW) “Instagram” səhifəsində keçirilən virtual yarışın qalibi olub.

Qadın güləşçilər arasında təşkil olunan onlayn turnirdə dünya və Avropa çempionu, Olimpiya Oyunlarının mükafatçısı M.Stadnik kanadalı Olimpiya çempionu Erika Uibe və türkiyəli güləşçi Yasemin Adara qalib gələrək finala yüksəlib. Həlledici mərhələdə rusiyalı Olimpiya çempionu Nataliya Vorobyevanı üstələyən M.Stadnik onlayn turnirdə birinci olub. Təmsilçimiz səslərin 62 faizini toplayıb.
Qeyd edək ki, sərbəst güləşçilərin onlayn yarışında üçqat dünya və Avropa çempionu Hacı Əliyev ikinci olmuşdu.

Xəbər 546 dəfə oxundu.