Teymur Rəcəbovun da mübarizə aparacağı “Online Chess Masters” rapid turniri start götürür
İyunun 20-də norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə seriya turnirinin üçüncü mərhələsi olan “Online Chess Masters” rapid turniri start götürəcək.


Onlayn formatda keçiriləcək turnirdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov da mübarizə aparacaq.

Qeyd edək ki, seriya turnirinin birinci mərhələsi - “Magnus Carlsen Invitational” turnirinin qalibi M.Karlsen olub. İkinci mərhələ yarışında - “Lindores Abbey Rapid Challange” turnirində isə rusiyalı şahmatçı Daniel Dubov qələbə qazanıb.

Seriya çərçivəsində növbəti mərhələ - “Legends of Chess” iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək. Avqustun 9-dan 20-dək isə böyük final təşkil ediləcək. Beş yarışdan ibarət seriya turnirinin ümumi mükafat fondu 1 milyon ABŞ dollarıdır.

Xəbər 504 dəfə oxundu.