Florensiyada Formula 1 yarışı keçirilə bilər
Bu mövsüm Formula 1 Qran-prilərindən biri Florensiyada keçirilə bilər.

Bu barədə adıçəkilən şəhərin meri Dario Nardella məlumat verib.

İtaliya mövsümün bərpasından sonra iki Qran-Pri təşkil etməyə hazır olduğunu bildirmişdi. Bunlardan biri ənənəvi Montsa Qran-Prisi olacaq. Digəri ilə bağlı San-Marinodakı İmola və Florensiyadakı Muccello arasında seçim ediləcəkdir. İtalyanlar yarışı daha çox Florensiyada keçirməyə cəhd göstərirlər.
Ölkə mətbuatına açıqlamasında şəhərin meri Formula 1 rəhbərliyi ilə anlaşmağa yaxın olduqlarını bildirib. O, koronavirusla mübarizədə böyük itkilər verən İtaliyanın iki Qran-Pri keçirməklə tarixi bir qəhrəmanlıq edəcəyini söyləyib.

Xəbər 489 dəfə oxundu.