UFC qadınların yüngül çəki dərəcəsində döyüşlərini dayandırmağı planlaşdırır | |
Mütləq Döyüş Çempionatı (UFC) braziliyalı Amanda Nunesin karyerası başa çatacağı təqdirdə qadınların yüngül çəki dərəcəsində döyüşlərini dayandırmağı planlaşdırır. Bu barədə “MMA Fighting” portalında məlumat verilib. Braziliyalı qadın döyüşçü iki çəkidə - yarım yüngül və yüngül çəkilərdə çempiondur. O, ilk kəmərinə 2016-cı ildən, ikincisinə 2018-ci ildən sahibdir. Daha əvvəl isə idmançı ailə vəziyyətinə görə, çıxışına fasilə verib. A.Nunes son döyüşünü iyunun 7-də kanadalı idmançıya qarşı keçirib. Belə ki, braziliyalı döyüşçü Felicia Spenceri məğlub edərək yarım yüngül çəkidə UFC çempionu titulunu müdafiə edib. “UFC 250” turnirinin əsas yarışı olan bu döyüş Las-Veqasda koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilib. A.Nunesin aktivində 20 qələbə, 4 məğlubiyyət var. |
|
Xəbər 497 dəfə oxundu. |
|
|