Virtual Formula 1 yarışlarını 30 milyondan çox avtoidman həvəskarı izləyib
Formula 1 şirkəti pandemiya dövründə təşkil edilən virtual Qran-prilərin statistikasını dərc edib.

Yarışları 30 milyondan çox avtoidman həvəskarı izləyib. Mövsüm ərzində 8 Qran-Pri təşkil edilib.

Azarkeşlərin 22 milyona qədəri yarışları “YouTube”, “Twich” və “Facebook” səhifəsində, 5 milyonu isə televizorda izləyib. 2,7 milyon nəfər isə Qran-Prinin gedişi ilə Şarl Lekler, Lando Norris, Aleks Albon və Corc Rassellin şəxsi portalları vasitəsilə tanış olub.

Xatırladaq ki, virtual yarışlar arasında Azərbaycan Qran-Prisi də yer alıb. Yarışlarda, həmçinin məşhur futbolçular da iştirak ediblər.

Xəbər 506 dəfə oxundu.