İngiltərə Premyer Liqası: “Tottenhem” - “Mançester Yunayted” oyununda qalib müəyyənləşməyib
Futbol üzrə İngiltərə Premyer Liqasında 30-ci turun görüşlərinə start verilib.

Turun ilk oyun günündə “Tottenhem” və “Mançester Yunayted” komandaları üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb. Matçın 27-ci dəqiqəsində “Tottenhem” klubunun futbolçusu Stiven Berqveyn hesabı açıb. Fasilədən sonra Mançester təmsilçisi hesaba tarazlıq gətirib. Matçın 81-ci dəqiqəsində Bruno Fernandeş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.

Beləliklə, “Mançester Yunayted” bu nəticədən sonra xal ehtiyatını 46-ya çatdıraraq turnir cədvəlində 5-ci, “Tottenhem” isə 42 xalla 8-ci yerdə qərarlaşıb.

Növbəti turda “Mançester Yunayted” öz meydanında “Şeffild Yunayted”, “Tottenhem” isə “Ves Ham Yunayted” komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, turnir cədvəlinə 82 xalla “Liverpul” klubu başçılıq edir. Altmış xalı olan “Mançester Siti” isə ikinci pillədə qərarlaşıb.

Turun açılış görüşündə “Norviç Siti” öz meydanında “Southemton” komandasına məğlub olub - 3:0.

AZƏRTAC

Xəbər 597 dəfə oxundu.