La Liqa: “Sevilya” – “Barselona” görüşündə qol vurulmayıb
Futbol üzrə İspaniya La Liqasının XXX turunun oyunları keçirilib.

Turnir cədvəlinin hazırkı lideri “Barselona” səfərdə “Sevilya”nın qonağı olub. Görüşdə qapılar toxunulmaz qalıb – 0:0.

Xallarının sayını 65-ə çatdıran “Barselona” liderliyini davam etdirir. “Sevilya” isə 52 xalla üçüncü pillədə qərarlaşıb. “Barselona”nın çempionluq yolunda əsas rəqibi, bir oyun az keçirən “Real Madrid” isə 62 xalla ikinci yerdə qərarlaşıb. Madrid təmsilçisi iyunun 21-də səfərdə “Real Sosyedad” komandasının qonağı olacaq. Görüş Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq.

Turun birinci oyun günündə aşağıdakı hesablar qeydə alınıb:

“Qranada” – “Villareal” - 0:1;

“Malyorka” – “Leqanes” - 1:1.

Xəbər 515 dəfə oxundu.