“Başakşəhər” qələbə qazanaraq liderliyə yüksəlib
Futbol üzrə Türkiyə çempionatının XXVIII turunun birinci qarşılaşmasında “Ankaragücü” doğma meydanda “Başakşəhər”i qəbul edib.

Matçın 12-ci dəqiqəsində Ankara klubunun hücumçusu Gerson Rodrigez 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb. Oyunun 59-cu və 73-cü dəqiqələrində “Başakşəhər”in futbolçuları Daniyel Aleksik və Edin Viska fərqlənərək komandalarına qələbə qazandırıblar.

Bundan əlavə, turda iyunun 20-də “Kayserispor” - “Gənclər birliyi”, “Dənizlispor” – “Beşiktaş”, “Yeni Malatyaspor” – “Göztəpə”, ertəsi gün isə “Kasımpaşa” – “Fənərbağça”, “Konyaspor” – “Sivasspor”, “Qalatasaray” –“Qaziantep” komandaları qarşılaşacaq. XXVIII tura iyunun 22-də “Alanyaspor” – “Trabzonspor” və “Antalyaspor” – “Rizəspor” görüşü ilə yekun vurulacaq.

Türkiyə çempionatında hazırda “Başakşəhər” 59 xalla turnir cədvəlinin lideridir. Ondan bir oyun az keçirmiş “Trabzonspor” 56 xalla ikincidir. “Sivasspor” 52 xalla üçüncü, “Qalatasaray” klubu isə 50 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə “Beşiktaş” (44 xal), “Alanyaspor” (43 xal), “Fənərbağça” (43 xal) və digər komandalar gəlir.

Xəbər 514 dəfə oxundu.