“Neftçi” daha bir legioneri ilə əməkdaşlığa son qoyub
Bakının “Neftçi” klubu müqavilə müddəti başa çatan daha bir futbolçusu ilə yollarını ayırıb.

Bakı təmsilçisi haitili yarımmüdafiəçi Soni Mustivarla əməkdaşlığa son qoyub.

Otuz iki yaşlı oyunçuya gələcək karyerasında uğurlar arzulanıb.
“Ağ-qaralar” daha əvvəl Tural Axundov, Vangelis Platellas və Donald Gerye ilə vidalaşıb.

Qeyd edək ki, S.Mustivar “Neftçi”nin heyətində 56 oyunda meydana çıxıb və 3 qol yadda qalıb.

Xəbər 496 dəfə oxundu.