“Neftçi” klubu yunanıstanlı futbolçu ilə vidalaşıb
“Neftçi” klubu növbəti oyunçu ilə yollarını ayırıb.

Bakı təmsilçisi yunanıstanlı futbolçu Vangelis Platellasla əməkdaşlığa son qoyub. Yarımmüdafiəçiyə gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, V.Platellas “Neftçi”də keçirdiyi iki mövsüm ərzində 31 oyunda meydana çıxıb, 3 qol vurub.

Xəbər 523 dəfə oxundu.