Jelko Obradoviç “Fənərbağça”da qalacaq
“Fənərbağça” basketbol klubunun baş məşqçisi Jelko Obradoviç növbəti mövsümdə də İstanbul klubunda fəaliyyət göstərəcək.

Bu barədə Türkiyə və Yunanıstan mətbuatı məlumat yayıb.

Bildirilir ki, “Fənərbağça”nın prezidenti Ali Koçla görüşən serbiyalı mütəxəssis əməkdaşlığı davam etdirməklə bağlı razılığa gəlib. Yaxın günlərdə təcrübəli məşqçi komanda ilə müqaviləni daha iki il müddətinə yeniləyəcək.

Qeyd edək ki, J.Obradoviç məşqçi kimi 5 müxtəlif klubla 9 dəfə Avroliqanın qalibi olub. Həmin yarışlarda onun başçılığı ilə “Panatinaikos” 5, “Fənərbağça”, “Xoventud”, “Real” və “Partizan” komandaları isə hərəyə bir dəfə əsas mükafatın sahibi olublar. 2013-cü ildən “Fənərbağça”da işləyən mütəxəssis hazırda Avroliqanın ən titullu məşqçisidir.

Xəbər 608 dəfə oxundu.