“Fənərbağça” almaniyalı hücumçusu ilə müqaviləyə xitam verib
Türkiyənin “Fənərbağça” futbol klubunun hücumçusu Maks Kruze komandadan ayrılıb.

32 yaşlı almaniyalı hücumçunun İstanbul təmsilçisi ilə müqaviləsini birtərəfli şəkildə pozduğu bildirilib.

Qeyd edək ki, Almaniya millisinin sabiq üzvü 2019-cu ilin yayında “Verder”dən “Fənərbağça”ya transfer olunub. M.Kruze cari mövsümdə İstanbul klubunun heyətində keçirdiyi 23 oyunda 7 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Xəbər 496 dəfə oxundu.