Amerikalı döyüşçü “UFC Fight Night” turnirindən kənarlaşdırılıb
UFC-nin amerikalı döyüşçüsü Mett Frevola döyüşdən çıxarıldığını bildirib.

Döyüşçünün köməkçisi Billi Quarantilloda koronavirus testinin müsbət çıxdığı üçün döyüşdə iştirak edə bilməyib. M.Frevola həmyerlisi Frenk Kamaço ilə “UFC Fight Night” turniri çərçivəsində döyüş keçirməli idi.

Otuz yaşlı M.Frevola karyerası ərzində 8 qələbə qazanıb, bir dəfə məğlub olub.




Xəbər 479 dəfə oxundu.