“Beşiktaş” Pedro Reboş ilə yollarını ayırıb
İstanbulun “Beşiktaş” futbol klubu cari mövsümün əvvəlində heyətinə cəlb etdiyi Pedro Reboş ilə yollarını ayırıb.

İstanbul təmsilçisi 25 yaşlı portuqaliyalı müdafiəçi ilə müqaviləni uzatmayıb. P.Reboş müqavilə ilə məxsus olduğu Fransanın “Genqam” klubuna qayıdıb.

Qeyd edək ki, portuqaliyalı müdafiəçi İstanbul təmsilçisinin heyətində ümumilikdə 17 matçda iştirak edib.

Xəbər 516 dəfə oxundu.