Mariya Stadnik virtual yarışa qələbə ilə başlayıb
Dünya Güləş Birliyinin (UWW) “Instagram” səhifəsində tanınmış qadın güləşçilər arasında virtual yarış başlayıb.

Onlayn turnirdə dünya və Avropa çempionu, Olimpiya Oyunlarının mükafatçısı Mariya Stadnik səkkizdəbir finalda Nigeriya təmsilçisi Odunayo Adekuroenu məğlub edərək növbəti mərhələyə adlayıb.

Sonda ən çox səs toplayan güləşçi qalib olacaq.

Qeyd edək ki, sərbəst güləşçilərin onlayn yarışında üçqat dünya və Avropa çempionu Hacı Əliyev ikinci olub.

Xəbər 515 dəfə oxundu.