Binəqədidə şahmat və dama birinciliyi keçirilib
Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə iyunun 18-də Binəqədi rayonunda məktəb yaşlı gənclər arasında şahmat və dama birinciliyi keçirilib.

“Şahmat” birinciliyinin nəticəsinə əsasən “Qələbə” komandası birinci, “6 mkr” komandası ikinci, “Səma” komandası üçüncü yerləri tutublar.

“Dama” birinciliyində “Zİrvə”, “Şahin”,“Biləcəri” komandaları müvafiq olaraq birinci, ikinci, üçüncü yerləri bölüşüblər. Digər iştirakçılar isə fərqlənmə diplomları verilib.

Qaliblərə mükafatları Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov, baş məsləhətçi Elvin Quliyev, aparıcı məsləhətçi Rafiq Nəsirov təqdim ediblər.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq COVID-19 virusunun qarşısının alınması məqsədi ilə sosial məsafə qorunub. İştirakçılar stadiona hərarətləri yoxlanılaraq və tibbi maskadan istifadə edərək daxil olublar. Tədbir, tamaşaçıların iştirakı olmadan təşkil olunub.

Xəbər 669 dəfə oxundu.