Futbol üzrə Türkiyə kubokunda ikinci finalçının adına aydınlıq gəlib
İyunun 18-də futbol üzrə Türkiyə kubokunun ikinci finalçısının adına aydınlıq gəlib.

Yarımfinal mərhələsinin cavab görüşündə “Alanyaspor” doğma meydanda “Antalyaspor”u qəbul edib. Matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə Alanya təmsilçisinin qollarını Papis Sisse (15, 46, 49) və Ceyhun Gürselam (25) vurublar. İlk matçda da 1:0 hesabı ilə qalib gələn “Alanyaspor” finala yüksəlib.

“Alanyaspor”un finaldakı rəqibi “Trabzonspor” olacaq.


Xəbər 530 dəfə oxundu.