UEFA Qroznıya təşkilatın bayrağı altında futbol yarışlarının keçirilməsinə icazə verib
UEFA Qroznıya təşkilatın bayrağı altında “Axmat Arena”da futbol yarışlarının keçirilməsinə icazə verib.

Bunu Rusiya Futbol İttifaqının baş katibi Aleksander Alaev onlayn konfransda açıqlayıb.

Qeyd edib ki, bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib. “Axmat Arena” bununla bağlı artıq UEFA-nın lisenziyasını da alıb. Arenada yığma komandaların təlim-məşq toplanışlarını da keçirmək olar.

Qeyd edək ki, “Axmat Arena” 2011-ci ildə istifadəyə verilib. 2013-cü ildə stadionda Rusiya kubokunun finalı keçirilib. 2018-ci ildə Misir millisi dünya çempionatına hazırlığını bu arenada keçirib.

Xəbər 498 dəfə oxundu.