Çempionlar Liqasının 2020/2021-ci il mövsümünün təqvimi təsdiqlənib
UEFA İcraiyyə Komitəsi futzal üzrə Çempionlar Liqasının 2020/2021-ci il mövsümünün təqvimini təsdiqləyib.

Yarışın ilkin seçmə mərhələsinin oyunları bu il oktyabrın 13-18-də, əsas mərhələsinin görüşləri isə noyabrın 19-24-də keçiriləcək. Elit raund iştirakçıları isə gələn il fevralın 16-21-də meydana çıxacaqlar. “Dördlər finalı” isə 2021-ci ilin aprelində “Minsk Arena”da baş tutacaq.

Qeyd edək ki, Azərbaycan çempionu mübarizəyə əsas mərhələdən başlayacaq.

Xəbər 500 dəfə oxundu.