Dünya çempionatının təsnifat mərhələsində Avropa yığmaları 10 qrupda mübarizə aparacaqlar
UEFA 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa yığmaları üçün təsnifat mərhələsinin püşk prosedurunu təsdiqləyib.

Təsnifat turnirində 55 ölkənin yığma komandaları 10 qrupa bölünəcək. Qrupun 5-ində 6, qalan 5-ində isə 5 komanda yarışacaq. Hər qrupun qalibi birbaşa dünya çempionatının finalına vəsiqə qazanacaq. İkinci yeri tutan 10 komanda, həmçinin UEFA Millətlər Liqasından iki yığma pley-off-da mübarizə aparacaq. Qarşılaşmalar nəticəsində son 3 vəsiqənin sahibi müəyyən ediləcək.

Qeyd edək ki, Qətərdə dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

Xəbər 518 dəfə oxundu.