UEFA “Sabah” klubuna lisenziya verib
UEFA-nın klub yarışlarında iştirak edən klublar müvafiq lisenziya əldə etməlidir.

UEFA lisenziyasının alınması üçün klublar qurumun qaydalarında göstərilmiş bütün mütləq meyarlara cavab verməlidir. Qaydalardan biri “3 illik üzvlük qaydası” adlanır. Həmin qaydaya əsasən, lisenziya iddiaçısı lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməli və daxili yarışlarda iştirak etməlidir.

“Sabah” futbol klubu Azərbaycan Premyer Liqasında iştirak edir və AFFA “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə üzrə “Fair Play” qaydalarının tələblərinə uyğun olaraq, klub ilə bağlı müstəsna prosedurun tətbiq olunmasına dair UEFA-ya müraciət edib. UEFA müraciətin baxılması üçün prosesə başlayaraq həm AFFA, həm də “Sabah” tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb edib. UEFA təqdim olunmuş sənədləri araşdırdıqdan sonra müsbət qiymətləndirildiyini bildirib və bununla bağlı qərar qəbul edilib.

Xəbər 507 dəfə oxundu.