Azərbaycan Premyer Liqasında cari mövsümün bombardiri adına 4 futbolçu yiyələnib
Azərbaycan Premyer Liqasında 2019-2020-ci il mövsümünün bombardiri adına 4 futbolçu yiyələnib.

Hərəyə 7 qol vuran Stiven Monroz, Baqali Dabo (hər ikisi “Neftçi”), Peyman Babayi (“Sumqayıt”) və Mahir Emreli (“Qarabağ”) Peşəkar Futbol Liqası tərəfindən xüsusi mükafata layiq görüləcək. Cari mövsümün əsasnaməsinə görə yekunda birdən çox futbolçu eyni sayda qol vurduğu halda bütün futbolçular bombardir hesab olunur.

Qeyd edək ki, I Divizionun bombardiri Musa Qurbanlı (“Qarabağ-2”) 15 dəfə rəqib qapısına yol tapıb.

Xəbər 497 dəfə oxundu.