Qarışıq idman növləri üzrə Avropa çempionatının proqramına daha dörd idman növü daxil edilib
2022-ci ildə Almaniyanın Münxen şəhərində keçiriləcək qarışıq idman növləri üzrə Avropa çempionatının proqramına stolüstü tennis, çimərlik voleybolu, qayaya dırmanma və kanoe sprinti idman növləri daxil edilib.

Bu barədə yarışın mətbuat xidməti məlumat yayıb. Yarışın proqramında hazırda doqquz idman növü var. Avqustun 11-dən 21-dək keçiriləcək çempionatda atletlər, həmçinin atletika, velosiped idmanı, gimnastika, avarçəkmə və triatlon üzrə qüvvələrini sınayacaqlar. Yarışların əksəriyyəti Münxen şəhərinin Olimpiya Parkında və digər idman obyektlərində baş tutacaq.

Xəbər 477 dəfə oxundu.