UEFA avrokuboklarda iştirak edəcək futbolçuların qeydiyyatı üçün son tarixi açıqlayıb
UEFA İcraiyyə Komitəsi 2020-2021-ci il mövsümündə avrokuboklarda iştirak edəcək futbolçuların qeydiyyatı üçün son tarixi açıqlayıb.

Növbəti mövsüm avrokubokların qrup mərhələləri üçün sifariş ərizəsinin qəbulu üçün son tarix – oktyabrın 6-na təyin edilib. Qurum bütün milli assosiasiyaları yay transfer pəncərəsinin oktyabrın 5-də başa çatdırmağa çağırıb.

Qeyd edək ki, 2020/2021-ci il mövsümündə “Qarabağ” Azərbaycanı Çempionlar Liqası, “Neftçi”, “Keşlə” və “Sumqayıt” isə Avropa Liqasında təmsil edəcək.

Xəbər 598 dəfə oxundu.