“Alfa Romeo”nun pilotu Kimi Raykkonen uzun fasiləni problem saymır
“Alfa Romeo” komandasının pilotu Kimi Raykkonen uzun müddət yarışlardan kənarda qalsalar da, bu amilin onlara elə bir təsir göstərməyəcəyini söyləyib.

O, mətbuata açıqlamasında hazırda yaxşı formada olduqlarını söyləyib: “Arada ciddi fərq olacağını düşünmürəm. Şəxsən mən müntəzəm məşq edirdim. Onsuz hər qış boş vaxtlarımız olurdu. Sadəcə, bu dəfə fasilə bir qədər uzun oldu. Bu müddət ərzində isə məşqlərə ara vermirdim. Fikrimcə, sükan arxasına əyləşəndən sonra işimizin keyfiyyəti aşağı düşməyəcək”.

Qeyd edək ki, Formula 1-in yeni mövsümünə iyulun 5-də Avstriya Qran-Prisi ilə start veriləcək.

Xəbər 467 dəfə oxundu.