“Sumqayıt” tarixində birinci dəfə avrokuboka vəsiqə qazanıb
AFFA İcraiyyə Komitəsinin iyunun 18-dəki qərarına əsasən, koronavirus pandemiyasına görə, 2019-2020-ci il mövsümü üçün Azərbaycanda futbol mövsümü dayandırılıb.

Cari mövsümdə kubokun qalibi olmayacağından Avropa Liqasında iştirak üçün sonuncu vəsiqə “Sumqayıt”a qismət olub. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Premyer Liqada dördüncü olduğu üçün bu şansı qazanıb. Bununla da, “Sumqayıt” tarixində birinci dəfə avrokubokda iştirak hüququ əldə edib.

Xatırladaq ki, “Sumqayıt”la yanaşı, 2020-2021-ci il mövsümündə Avropa Liqasında ölkəmizi “Neftçi” və “Keşlə”, UEFA Çempionlar Liqasında isə “Qarabağ” təmsil edəcək.

Xəbər 502 dəfə oxundu.