IAAF-nin sabiq rəhbəri korrupsiyaya görə həbs edilə bilər
Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (IAAF) keçmiş rəhbəri Lamin Diak korrupsiyaya görə 4 il həbs və 500 min avro cərimə cəzasına məhkum edilə bilər.

Bu barədə TASS informasiya agentliyi məlumat verib. Səksən yeddi yaşlı L.Diak 2015-ci ilin noyabrından Fransada polis nəzarəti altındadır. Seneqallı mütəxəssis 1999-cu ildən 2015-ci ilədək quruma rəhbərlik edib. O, aktiv və passiv korrupsiyada, etimaddan sui-istifadədə, cinayətkar dəstənin tərkibində çirkli pulların yuyulmasında ittiham edilir. Fransa prokurorluğu rüşvətlərin ümumi məbləğinin 3,45 milyon avro olduğunu iddia edir. L.Diack, həmçinin Qətərdə 2019-cu ildə keçirilmiş atletika üzrə dünya çempionatı üçün ərizə kampaniyası zamanı korrupsiyada ittiham olunur.

AZƏRTAC

Xəbər 584 dəfə oxundu.