Pedro Rodriges karyerasını İtaliyada davam etdirə bilər
İngiltərənin “Çelsi” futbol klubunun hücumçusu Pedro Rodriges London təmsilçisini tərk etməyə yaxındır.

32 yaşlı ispaniyalı yarımmüdafiəçi İtaliyanın “Roma” komandasına keçməyə qərar verib. Onun İtaliya klubu ilə 2+1 illik müqavilə ilə bağlı razılığa gəldiyi bildirilib. Müqavilənin detallarını müzakirə etdikdən sonra ispan futbolçunun artıq mövsümün qalan hissəsində “Çelsi”də oynamaq istəmədiyi vurğulanıb.

Qeyd edək ki, Pedronun London təmsilçisi ilə müqaviləsi iyunun 30-u başa çatır. İspaniyalı hücumçu cari mövsümdə “Çelsi” klubunun heyətində keçirdiyi 18 oyunda iki qolun müəllifi olub.

Xəbər 496 dəfə oxundu.